Kəlbəcərdə “Niva” aşdı, bir nəfər öldü

  • By Günel
  • 22 Dekabr 2024 13:30

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, hadisə rayonun Bəylik kəndi ərazisində baş verib.

Belə ki, rayonun Qamışlı kənd sakini 1974-cu il təvəllüdlü Dadaşov Şahlar Sabir oğlu idarə etidiyi “Niva” markalı avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb.

Qəza zamanı sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimbəyli Allahverdi Elşən oğlu müxtəlif bədən xəsarətləri ilə Kəlbəcər rayonunda xəstəxanaya yerləşdirilib.

Hər iki şəxs tikinti şirkətinin işciləridir. İlkin ehtimala görə, qəzaya yolun buzlu olması səbəb olub.

Gununsesi.info