Ticarət Nazirliyi Suriya rəsmiləri ilə görüşdü

Ticarət Nazirliyi Suriya rəsmiləri ilə iqtisadi, ticarət əlaqələri və gömrük ödənişlərini müzakirə etdiklərini açıqlayıb. Nazirlik görüşün təfərrüatlarını açıqlayıb.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Ticarət Nazirliyi Suriya rəsmiləri ilə iqtisadi, ticarət əlaqələri və gömrük ödənişlərini müzakirə etdiklərini açıqlayıb.

11 yanvar 2025-ci il tarixindən etibarən Suriya tərəfinin müəyyən məhsullar üçün bütün ölkələrə və bütün sərhəd qapılarına bərabər tətbiq etdiyi gömrük rüsumlarının yenidən qiymətləndirilməsi qərara alınıb.

Görüşlərdə Türkiyə ilə Suriya arasındakı mövcud vəziyyət , eləcə də iqtisadi və ticarət əlaqələri və gömrük məsələlərində atılacaq addımlar müzakirə edilib və gələcək dövr üçün yol xəritəsi müəyyən edilib.

Orxan Saffari

Gununsesi.info