
“Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ildə Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsinə icazə verməməli idi”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Fox News-a müsahibəsində deyib.
“Bilirsiniz, o, mələk deyil, bu müharibənin baş verməsinə icazə verməməli idi”– deyə Tramp əlavə edib.
Tramp qeyd edib ki, Zelenski Rusiyayla razılaşmaq istəyir: “Onunla kifayətlənmək lazımdır”.
Onun sözlərinə görə, Ukrayna ordusu çox daha böyük, çox daha güclü bir varlıqla mübarizə aparmağa məcburdur.
Tramp onu da qeyd edib ki, Zelenski bunu etməməli idi: “Biz razılaşma əldə edə bilərdik. Ancaq əvəzində Zelenski müharibəni seçdi. Rusiyanın 30 min tankı olduğu halda, Zelenskinin demək olar ki, heç tankı yox idi. Bu cür vəziyyətdə müharibə aparmaq mümkün deyil və buna görə də ABŞ Ukraynaya çoxlu hərbi texnika göndərməyə başlayıb. Onlar bu texnikadan istifadə etməyi bacarsalar da, ancaq müharibə həll olunmalıdır.”
Sonda o, bir daha vurğulayıb ki, Moskva müharibəni dayandırmasa Rusiyaya qarşı “böyük sanksiyalar” tətbiq edəcək.
Şəbnəm