“HƏMAS” daha dörd girovu azad edəcək

  • By Günel
  • 23 Yanvar 2025 23:25

“HƏMAS” azad edəcəyi növbəti girovların siyahısını yanvarın 24-də təqdim edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “HƏMAS”ın nümayəndəsi Zaher Cabarin məlumat verib.

“Sabah biz azad ediləcək fələstinli məhbusların siyahısı müqabilində döyüşçülərimiz tərəfindən saxlanılan dörd girovun adını İsrailə təqdim edəcəyik”, – deyə o bildirib.

Cabarinin sözlərinə görə, girov və məhbusların mübadiləsi növbəti gün — yanvarın 25-də baş tutacaq.

Gununsesi.info