“Fotojurnalistikaya Dəstək Proqramı”nın təqdimat mərasimi keçirildi – FOTO/VİDEO

Azərbaycan Mətbuat Şurasında  Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunan “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən təlimin mükafatlandırma mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, təlimlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Jurnalistika Fakultəsi, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı və digər qonaqlar layihənin əhəmiyyətindən danışıb, iştirakçılara fotojurnalistika sahəsində uğur arzulayıblar.

IMG 6126

Tədbirin sonunda təlimçilər və iştirakçılar təşəkkürnamə və sertifikatlarla mükafatlandırılıblar.

IMG 6196 scaled
IMG 6202 scaled
IMG 6198 scaled
IMG 6237 scaled
IMG 6194 scaled

Təqdimat mərasimi xatirə şəkli ilə öz işini yekunlaşdırıb.

IMG 6232 scaled
IMG 6229 scaled
IMG 6227 scaled

Qeyd edək ki, “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində fotojurnalistika üzrə mütəxəssislər Mirakif Babayev, Aygün Qurbanlı, Azərbaycam Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, tanınmış fotoqraf Vüqar İbadov, “Anadolu” Agentliyinin əməkdaşları Ruslan və Rəsul Rəhimovlar, və “Röyters” Agentliyinin əməkdaşı Əziz Elxanoğlu gənc jurnalistlər və BDU-nun Jurnalistika fakultəsinin tələbələrinə fotojurnalistikanın sirləri, beynəlxalq təcrübə və yaradıcı sənət olaraq kommersiyalaşdırılması mövsuzunda təlimlər keçiblər.

IMG 6126 scaled
IMG 6129 scaled
IMG 6110 scaled
IMG 6109 scaled
IMG 6135 scaled
IMG 6140 scaled
IMG 6136 scaled
IMG 6141 scaled
IMG 6143 scaled
IMG 6155 scaled
IMG 6165 scaled
IMG 6162 scaled
IMG 6168 scaled
IMG 6169 scaled
IMG 6186 scaled
IMG 6179 scaled
IMG 6190 scaled
IMG 6145 scaled
IMG 6147 scaled
IMG 6221 scaled
IMG 6220 scaled
IMG 6219 scaled
IMG 6198 scaled
IMG 6204 scaled
IMG 6208 scaled