
Suriyanın yeni administrasiyası Tartus limanında Rusiya ilə 49 illik müqaviləyə xitam verəcəyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, müqavilənin ləğvi limanın bütün gəlirləri artıq Suriya xəzinəsinə keçəcəyi deməkdir.
Peyk görüntüləri Aralıq dənizində həftələrdir davam edən Rusiyanın “Sparta” və “Sparta II” təxliyə gəmilərinin hərbi bazanı boşaltmaq üçün Tartus limanına daxil olduğunu göstərib.
Dekabrın əvvəlində Əsəd rejiminin devrilməsindən sonra Tartusda heç bir Rusiya hərbi gəmisi görünməyib.
Bildiririk ki, Moskva 2019-cu ildə Əsəd rejimi ilə müqavilə bağlayıb və 1971-ci ildən Suriyanın Tartus şəhərindəki limandan 49 il ərzində istifadə hüququnu alıb.
Analitiklər uzun müddətdir ki, Rusiyanın Suriyadakı hərbi mövcudluğunun gələcəyi ilə bağlı suallara cavab axtarırlar.
Rusiyanın Aralıq dənizində hərbi mövcudluğunda kritik rol oynayan limanın boşaldılması Kreml üçün böyük itkidir.
Gəmilərin gəlişi Suriya mediasının icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı xəbərləri ilə eyni vaxta düşüb.
Son illərdə Tartus Aralıq dənizində gəmilərə yanacaq doldurma və təmir imkanları verən Rusiya üçün mühüm baza olub.
Kreml baza üzərində nəzarəti saxlamaqda maraqlı görünür. Bildirilib ki, Rusiya rəsmiləri dekabr ayında yeni məmurlarla təmaslar aparıblar.
Gəmilər Suriya sahillərində Aralıq dənizində bir neçə həftə qalıb. Dəniz monitorinq saytları gəmilərin çərşənbə axşamı axşam limanda dayandığını və sonra siqnal ötürücülərini söndürdüyünü göstərir.
Son hava şəraiti aydın peyk şəkillərini əldə etməyi çətinləşdirib. Lakin aşağı ayırdetmə qabiliyyətinə malik radar peyklərindən alınan görüntülər gəmilərin limanın hərbi hissəsində olduğunu üzə çıxarıb.
Dekabrın əvvəlində Əsəd rejiminin devrilməsindən sonra indiyədək Tartusda heç bir Rusiya hərbi gəmisi görünməmişdi.
Orxan Saffari