Southportda 3 qızı öldürən təcavüzkar 52 il həbs cəzasına məhkum edildi

2024-cü ilin iyulunda 3 uşağın ölümünə və 10 nəfərin yaralanmasına görə İngiltərədə mühakimə olunan 18 yaşlı Aksel Rudakubana şərti azad edilmədən ən azı 52 il həbs cəzası alıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hakim hücumu “sadist” adlandıraraq, hücumun “vəhşicəsinə” edildiyini və müttəhimin “ehtimal ki, heç vaxt azad edilməyəcəyini” bildirib.

Məhkəmədə o da məlum olub ki, Rudakubananın ailəsi əvvəlki illərdə dəfələrlə polisə müraciət edib, lakin heç bir müdaxilə olmayıb.

Hücumdan sonra şübhəli polis tərəfindən həbs olunarkən, o, “Uşaqların ölməsinə sevindim” deyib.

Hücumdan sonra polis araşdırması göstərdi ki, Rudakubana Əl-Qaidə təlim kitabçalarından istifadə edərək bıçaqlama üsullarını öyrənib və zəhərli maddələr istehsal etməyə çalışıb.

Orxan Saffari

Gununsesi.info