Kreml siqnal gözləyir: - “Putin Trampla görüşə hazırdır”

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşməyə hazır olduğunu bildirib və “ABŞ-dan siqnal gözləyirik” deyib. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla telefon danışığına hazır olduğunu açıqlayıb.

Peskov Putinlə Tramp arasında mümkün görüşü dəyərləndirərək, “Putin hazırdır. ABŞ-dan siqnal gözləyirik. Fal söyləmək çətindir. Hadisə baş verən kimi sizə məlumat verəcəyik” deyib. 

Trampın “neftin qiyməti düşərsə, Ukrayna müharibəsi bitəcək” ifadəsini dəyərləndirən Peskov, “Bu münaqişə neft qiymətlərindən asılı deyil. Bu münaqişə Rusiyanın milli təhlükəsizliyinə və müəyyən bölgələrdə yaşayan rusların həyatına təhdidləri əks etdirir”

Kremlin sözçüsü Trampın “Ukrayna prezidenti Vladimir Zelenski razılaşmaya hazırdır” açıqlamasına da münasibət bildirib.

Peskov, “Zelenski razılaşmaya hazır ola bilməz. Çünki razılığa gəlmək üçün danışıqlar aparılmalıdır. Zelenski öz fərmanı ilə danışıqları qadağan etmişdi” deyib.

Dünən verdiyi açıqlamada Tramp Ukrayna ilə müharibənin bitməsini təmin etmək üçün Putinlə tez bir zamanda görüşmək istədiyini bildirib.

Orxan Saffari

Gununsesi.info