Evlilikdə xoşbəxtlik haqqı

  • By Günel
  • 24 Yanvar 2025 10:07

Təbii ki, hər kəsin xoşbəxt olmaq haqqı var. Ancaq 65-dən çox ölkəni əhatə edən araşdırma evli insanların subaylara nisbətən qat-qat yüksək həyat məmnuniyyətinə malik olduğunu ortaya qoyub.

Gununsesi.info bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Sezen Aksunun “Xoşbəxtliyə ən çox haqqı uzaq diyarlarda olan evli cütlüklərdir” mahnısı gizli yaşayan qırıq bir sevgi hekayəsinə işarə olsa da, evlilərin daha xoşbəxt olduğu anlaşılıb.

İngiltərənin Anglia Ruskin Universitetindən professor Viren Swami tərəfindən aparılan araşdırma, evli insanların həyatdan məmnuniyyətinin daha yüksək olduğunu göstərib. 65-dən çox ölkəni əhatə edən araşdırmada iştirakçılara həyatda ən vacib hesab etdikləri şeylər və fürsət verilsə nəyi dəyişəcək və ya nəyi dəyişməyəcəkləri soruşulub.

Sorğunun sonunda evli, ciddi münasibətdə olan və maddi təminatı olanlarda həyatdan məmnunluğun daha yüksək olduğu görülüb. Tədqiqat həmçinin müəyyən edib ki, 45 və yuxarı yaşda olan insanlar gənclərə nisbətən öz həyatlarından bir qədər daha çox razıdırlar.

 

Günel Həsənova

Gununsesi.info