Dəməşqdə tonlarla narkotik yandırılaraq məhv edilib

Suriyanın paytaxtı Dəməşq çölündə ələ keçirilən tonlarla narkotik maddə yandırılaraq məhv edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhv edilən maddələr arasında Bəşər Əsəd dövründə intensiv şəkildə istehsal edilən Kaptaqonun istehsalında istifadə edilən 30 ton prekursor kimyəvi maddələrin olduğu bildirilib.

Bundan əlavə, yaxınlıqdakı əs-Sabura şəhərində ayrıca əməliyyat zamanı anbardan ələ keçirilən minlərlə qablaşdırılmış və paylanmağa hazır tramadol həbləri yandırılaraq məhv edilib.

Orxan Saffari

Gununsesi.info