
34 yaşlı Adriana Neagoe Rumıniyanın paytaxtı Buxarestdəki evində ölü tapılıb. Günlərdir xəbər alınmayan Neagoenin cansız cəsədi iki pug iti ilə birlikdə tapılıb. Ac qalan itlərin bədbəxt qadını yemək məcburiyyətində qaldığı bildirilib. Qadın evində yarı yeyilmiş halda tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, itlərinə olan böyük sevgisi ilə tanınan Neagoe, günlərlə zənglərə və mesajlara cavab verməyəndə ailəsini və dostlarını narahat edib.
Belə ki, Neagoenin ailəsi qızlarının vəziyyətini öyrənmək üçün qadının mənzilinə baş çəkmək qərarına gəlib. Amma qapını heç kim açmayıb.
Daha sonra hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilərək mənzilə məcburi daxil edilib. İçəridəki mənzərə hər kəsi şoka salıb. Neagoenin cansız cəsədini yerdə, onun yanında isə iki pug itini tapıblar. Bədənin vəziyyəti olduqca acınacaqlı olub.
Günlərlə ac olan itlər bu səbəblə, bədbəxt qadını yeməyə məcbur olduqları bildirilib.
İlkin araşdırmalara görə, zorakılıq əlamətləri aşkar edilməyib. Ölüm səbəbinin müəyyən edilməsi üçün yarılma aparılıb və polis hadisə ilə bağlı araşdırmalara başlayıb. İtlər yerli sığınacağa yerləşdirilib.
Günel Həsənova