Dünyanın ən sürətli kompüteri təqdim edildi: -Nüvə silahlarının təhlükəsizliyini təmin edəcək

ABŞ tərəfindən hazırlanmış dünyanın ən sürətli kompüteri təqdim edildi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “El Capitan” adlı kompüter saniyədə 2,79 kvintilyon hesablama gücü ilə nüvə silahlarının təhlükəsizliyini simulyasiya etmək və süni intellekt, iqlim dəyişikliyi kimi tədqiqatları sürətləndirmək üçün istifadə ediləcək.

600 milyon dollar dəyərində olan bu nəhəng texnologiyanın bütün dünyada elmi kəşflərə əhəmiyyətli töhfələr verəcəyi gözlənilir.

1992-ci ildən qadağan edilən yeraltı nüvə sınaqları əvəzinə, El Capitan nüvə partlayışlarını simulyasiya edərək silahların təhlükəsizliyini sınaqdan keçirəcək. Bu kompüter sayəsində nüvə silahlarının köhnəlmə vəziyyəti izlənilə bilər və təsirli olub-olmaması başa düşülə bilər.

Superkompüter 5-6 otaqlı ev ölçüsündədir və çəkisi dörd mavi balina qədərdir. Süni intellekt (AI) və maşın öyrənməsi (ML) kimi qabaqcıl texnologiyalarla təchiz edilən El Kapitanın nüvə silahlarının təhlükəsizliyini sınaqdan keçirməkdən əlavə, dünya üzrə bir çox elmi araşdırmalara böyük fayda verəcəyinə inanılır.

El Capitan 1742 exaFLOPS emal gücü ilə dünyanın ən sürətli kompüteri oldu və bu uğuru qazanan üçüncü kompüter kimi tarixə düşdü. Əvvəlki superkompüter sistemi Sierra-dan 18 dəfə sürətli olan El Capitan indiyə qədər edilən ən güclü və ən sürətli hesablamaları həyata keçirə biləcək.

Orxan Saffari

Gununsesi.info