Salvadorda 6,3 bal gücündə zəlzələ baş verib

Bildirilib ki, Mərkəzi Amerika ölkəsi El Salvadorda 6,3 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Sakit okeanda, La Libertad şəhərindən 50 kilometr aralıda olduğunu açıqlayıb.

Dərinliyi 49,5 kilometr olaraq qeydə alınan zəlzələnin maqnitudasının 6,3 bal olduğu bildirilib.

Zəlzələ qonşu ölkələr Qvatemala və Nikaraquada da hiss olunub.

El Salvador Prezidenti Nayib Bukele sosial media hesabından verdiyi açıqlamada, “Bu səhər baş verən şiddətli zəlzələdən sonra ölkəmizin bütün bölgələrindən reportajlar hazırlayırıq. Görünür, can və ya mal itkisi yoxdur”-deyib.

Orxan Saffari

Gununsesi.info