Yunanıstanda 4 günlük matəm elan edildi

  • By Günel
  • 06 Yanvar 2025 09:03

Yunanıstanın keçmiş Baş nazirlərindən olan Kostas Simitis 88 yaşında vəfat edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Kostas Simitisin ölümü ilə əlaqədar Yunanıstanda 4 günlük milli matəm elan edilib.

Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.

Dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri isə dövlət büdcəsindən qarşılanacaq.

Gununsesi.info