O xanımın əxlaqını müzakirə edənlərin əxlaqı olsa… - ASLAN İSMAYILOV

  • By admin
  • 17 Yanvar 2025 19:30

Son günlər bir xanımın şəxsi həyatının detallı müzakirəsi Azərbaycan mətbuatının gündəmini zəbt edib.

Bütün davranışlarımla ömrüm boyu milli mənəvi dəyərləri qorumağa çalışmışam. Bununla belə, həmin xanımın əxlaqını müzakirə edənlərin əxlaqları olsa, birinci növbədə TV məkanlarını, Azərbaycan mətbuatını əxlaqsızlıq təbliğatçılarına çevirənləri, xüsusilə bu sahəyə rəhbərlik edənləri müzakirə və mühakimə edərdilər.
Bu gün ölkədə müzakirə olunası bir məsələ varsa o da Azərbaycan vətəndaşlarına ölkəmizdə haqqın, ədalətin olmadığına alışdıranlar, bununla da insanların gələcəyə ümidlərini öldürənlər və ölkədən baş götürüb qaçmağa vadar edənlərdir.

 

Aslan İsmayılov

Gununsesi.info