Suriyada seçkilərin keçirilməsi 4 il çəkə bilər

Əl-Ərəbiyyə televiziyasına danışan Heyət Təhrir əl-Şam (HTŞ) lideri Əhməd Şara Suriyada seçkilərin keçirilməsinin 4 ilə qədər çəkə biləcəyini bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hazırkı dövrdə güc bölüşdürülməsinin keçid mərhələsini məhv edə biləcəyini vurğulayan Şəra, konstitusiya layihəsinin hazırlanmasının üç ilə qədər çəkə biləcəyini ifadə etdi.

HTŞ-nin ləğvini milli dialoq konfransında açıqlayacaqlarını ifadə edən Şəra, “Mövcud dövr daha uzun səlahiyyət müddəti olan müvəqqəti hökumət üçün ilkin hazırlıqdır” deyib.

Suriyalıların radikal dəyişikliyi müşahidə etməsinin təxminən bir il çəkəcəyi də vurğulanıb.

Suriyanın Rusiya ilə strateji maraqları olduğunu ifadə edən Şəra, “Rusiyanın Suriyadan münasibətlərinə uyğun gəlməyən bir şəkildə ayrılmasını istəmirik” deyib.

Orxan Saffari

Gununsesi.info