Cənubi Koreyada qəzaya uğrayan təyyarədəki 179 sərnişin həlak olub - VİDEO

  • By Günel
  • 29 Dekabr 2024 10:32

Koreya Respublikasında xilas edilən 2 nəfər xaric olmaqla qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan 175 sərnişin və 6 ekipaj üzvünün çoxunun həlak olduğu bildirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Sosial şəbəkələrdə təyyarənin eniş əsnasında quş sürüsü ilə toqquşduğunu göstərən kadrlar yayılıb.

İlkin versiyaya görə, qəza, quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbilə baş verib.

Ekipaj təyyarəni gövdənin üstündə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı beton konstruksiyaya çırpılıb və nəticədə yanğın baş verib.

***

07:17

Cənubi Koreyada təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb.

Gununsesi.info APA – ya istinadən xəbər verir ki, bu haqda ölkənin “Yonhap” xəbər agentliyi məlumat yayıb.

***

05:28

Göyərtəsində 181 nəfərin olduğu Cənubi Koreya təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

Gununsesi.info APA – ya istinadən xəbər verir ki, Cənubi Koreyada içərisində 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

İlkin məlumata görə Muan hava limanında baş vermiş təyyarə qəzası nəticəsində 28 nəfər həlak olub. Qəza yerində xilasetmə işləri davam etdirilir.

Gununsesi.info