Blinkenin köməkçisi Azərbaycan səfirliyinə gəldi

  • By Günel
  • 28 Dekabr 2024 23:19

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də AZAL təyyarəsinin qəzası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyini ziyarət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Amerikalı diplomat Azərbaycan səfirliyinin xatirə kitabına qeyd qoyub.

Gununsesi.info