“Burada olacağam və burada gecələyəcəyəm” - Zurabişvili

  • By Günel
  • 29 Dekabr 2024 01:15

Gürcüstan Prezidenti Salome Zurabişvili sələfinin andiçmə mərasimi ərəfəsində iqamətgahında gecələyəcəyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu haqda o, videomüraciətində deyib.

“Sizi Orbeliani sarayından salamlayıram. Mən buradayam, burada olacağam və burada gecələyəcəm”, – deyə siyasətçi qeyd edib.

O, tərəfdarlarını ertəsi gün yerli saatla 10:00-da iqamətgaha gəlməyə çağırıb. Sonra gələcək planlarını açıqlayacaq.

Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır.

Daha əvvəl də Zurabişvili vəzifəsini tərk etməyəcəyini açıqlamışdı.

Gununsesi.info