AZAL-ın vitse-prezidenti: Təyyarəyə üç xarici təsir olub

  • By Günel
  • 29 Dekabr 2024 11:34

Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov hava limanındakı vida mərasimində deyib.

O bildirib ki, qara qutu artıq açılıb oxunur:

“İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir”, – o deyib.

İlham Əmirov əlavə edib ki, qəzanın səbəbləri araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.

Gununsesi.info