Parlament Prezident və Birinci vitse-prezidentə təbrik məktubları ünvanladı

  • By Günel
  • 29 Dekabr 2024 13:16

Milli Məclis adından Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlanıb.

Gununsesi.info xəbər verir ki, bu təkliflə parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Deputatlar təklifi dəstəkləyiblər.

Gununsesi.info