Cənubi Koreyada təyyarə qəzası: - 174 ölü

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanına eniş etmək istəyərkən sərnişin təyyarəsinin uçuş-enmə zolağından çıxaraq sürüşməsi nəticəsində baş verən qəzada ölənlərin sayı 174-ə yüksəlib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Milli Yanğından Mühafizə Xidməti diri-diri xilas edilən iki nəfər istisna olmaqla, təyyarədə olan hər kəsin ölü hesab edildiyini açıqlayıb.

Qəzaya qarışan Boeing 737-800 tipli təyyarənin sahibi Jeju Air tərəfindən verilən açıqlamada daxili fövqəladə hal protokollarının tətbiq edildiyi qeyd edilib.

Orxan Saffari

Gununsesi.info