Bu da Azərbaycan və İran arasında Araz dəhlizi - VİDEO

  • By Günel
  • 29 Dekabr 2024 14:01

Azərbaycanla İran arasında Culfa-Kəlalə-Ağbənd (Araz Tranzit Dəhlizi) layihəsinin inşasından yeni görüntülər yayılıb.

Gununsesi.info xəbər verir ki, sözügedən görüntüləri İRNA təqdim edib.

Qeyd edək ki, dəhliz Naxçıvan-İran sərhədindəki Culfa gömrüyündən başlanaraq Biləsuvar gömrüyünədək davam edən yolun 220 km qısalmasına səbəb olacaq.

Sözügedən dəhlizin uzunluğu 107 kilometrdir. Yolda 20-dən çox tunel nəzərdə tutulub ki, onların da çoxu tikilib. Yolun 35 kilometri hazırdır, qalan 70 kilometri isə layihələndirmə və maneələrin aradan götürülməsi mərhələsindədir.

Gununsesi.info