Fərruxov bu xəstəxanaya yeni direktor təyin olundu

  • By Günel
  • 28 Dekabr 2024 20:29

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanası məlumat verib.

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Afiq Fərruxov Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

A.Fərruxov 2021-2024- cü illərdə Şuşa Modul Tipli Xəstəxanasında və Xankəndi Şəhər Xəstəxanasında anestezioloq-reanmatoloq olaraq çalışıb.

A.Fərruxov 44 günlük Vətən müharibəsində yaralı əsgərlərimizə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət göstərib.

Gununsesi.info