İtaliya prezidenti də Azərbaycana və prezidentə başsağlığı verdi

  • By Günel
  • 28 Dekabr 2024 19:43

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Gununsesi.info xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə Milad günü baş vermiş çox ağır təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığımı bildirirəm.

Cənab Prezident, Sizinlə birlikdə dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, həlak olanların ailələrinin kədərini bölüşürəm”.

Gununsesi.info