Toponimiya Komissiyasının yeni tərkibi təsdiqlənib

  • By Günel
  • 29 Dekabr 2024 12:35

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında” qərar layihəsi qəbul olunub.

Gununsesi.info -nun xəbərinə görə, layihəyə əsasən, Toponimiya Komissiyasının tərkibi formalaşıb.

Komissiyanın tərkibi Elnarə Akimova, Nizami Cəfərov, Əziz Ələkbərov, İsa Həbibbəyli, Mahirə Hüseynova, Anar İsgəndərov, Elçin İsmayılov, Musa Quliyev, Hikmət Məmmədov, Möhsün Nağısoylu, Sabir Rüstəmxanlı və Cavid İsgəndərovdan ibarətdir.

Gununsesi.info