TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında həkimin xəstəni döyməsinə münasibət bildirdi

  • By Günel
  • 29 Dekabr 2024 11:19

TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında həkimin xəstəni döyməsinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, TƏBIB-dən bildirilib ki, 22.12.2024-cü il tarixində saat 19:30 radələrində vətəndaş F.İmanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanova qarşı fiziki zorakılıq etməyə cəhd göstərib. Həkim hadisədən uzaqlaşmağa çalışsa da, müqavimətlə üzləşib.

“Hazırda hadisənin detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək”, – qeyd edilib.

Gununsesi.info