
Suriyanın cənubundakı Sveydada druz və bədəvi ərəb qəbilələri arasında qarşıdurmaların davam etdiyi və indiyədək 99 nəfərin öldüyü bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bölgədə gərginlik həftə sonu bir druz tacirinin qaçırılması ilə başlayıb. Cavab tədbirləri gərginliyi daha da artırdı, sonra isə münaqişəyə çevrildi.
Dəməşq hökuməti əsgərlərin bölgəyə yeridildiyini, dinc sakinlər üçün təhlükəsiz dəhlizlərin yaradıldığını və toqquşmaları “tez və qətiyyətlə” bitirəcəklərini açıqlayıb.
İndiyədək 99 nəfərin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı bildirilir.
Suriya Müdafiə Nazirliyinin dövlətə məxsus Suriya Xəbər Kanalına danışan bir mənbə, Sueydada qruplar arasında qarşıdurmalara son qoymaq üçün bölgəyə hərbi yerləşdirmə aparıldığını, lakin druz qüvvələrinin ordu hissələrinə hücum edərək 18 əsgəri öldürdüyünü və 9 nəfəri girov götürdüyünü bildirdi.
Dürzi lideri Hicri baş verənlərlə bağlı yazılı açıqlama verərək, Suriya ordusu və təhlükəsizlik qüvvələrinin bölgəyə girməsinə icazə verməyəcəklərini bildirib. Hicri Suriya hökumətini bədəvi qəbilələrinə hərbi dəstək verməkdə günahlandırıb və “təcili beynəlxalq müdafiəyə” çağırıb.
Orxan