
Bu il may-iyun aylarında İspaniyada müşahidə edilən qızmar istilər 1 200-ə yaxın insanın ölümünə səbəb olub.
Gununsesi.info xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, mayın 16-dan iyulun 13-dək istilik dalğaları ilə bağlı 1 180 ölüm qeydə alınıb. Ölənlərin 95 faizi yaşı 65-dən yuxarı insanlardır.
Qeyd edək ki, ötən ilin eyni dövründə İspaniyada isti havalar 70 nəfərin ölümünə səbəb olmuşdu.