Polis idarəsinin yanındakı piyada zolağı silinib, qəza şəraiti yaranır… - FOTOLAR

  • By Admin2
  • 15 İyul 2025 10:00

“Abbasqulu Abbaszadə küçəsində (Zoologiya institunun qarşısı, köhnə ANS, Səbail Rayon Polis İdarəsi )hər gün qəza şəraiti yaranır”.

Gununsesi.info xəbər verir ki, bu barədə saytımıza ətrafda iş yerləri olan vətəndaşlar məlumat verib.

Onların sözlərinə görə, qəza şəraitinin yaranmasına səbəb piyada zolağının silinməsidir.

“Düzdür, piyada nişanı olsa da, zolaq yolun bitəcəyindədir. Dayanacaqdan düşüb keçən insanlar üçün çətinlik yaranır, maşınlar sürətlə gəlir. Yol özü də dar yoldur. Bədbəxt hadisə baş verməmiş zolağı bərpa etmək lazımdır”, – deyə sakinlər bildirib.

Orxan

Gununsesi.info