Bu ölkədə seçkilərdə iştirak etməyənlər cərimələnəcək

  • By Günel
  • 15 İyul 2025 08:40

Çili parlamentinin aşağı palatası seçkilərdə iştirak etməyən ölkə vətəndaşlarının cərimələnməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, yeni qanuna əsasən, seçkilərdə səs verməyən çilili 34,4-206,7 min peso (34-216 dollar) arasında cərimələnəcək.

Sənəddə vurğulanır ki, üzrlü səbəbdən, xüsusən də səhhətinə görə seçkilərdə iştirak etməyənlər cəzalandırılmayacaq.

Eyni zamanda səs verən seçicilər müəyyən dövlət xidmətlərində imtiyazlar əldə edəcəklər.

Gununsesi.info