Mübariz Mənsimovun oğlu çempion oldu -Fotolar /Video

  • By ilhame
  • 09 İyun 2024 09:58

“Palmali Holding”in prezidenti Mübariz Mənsimovun oğlu Mübariz Gurbanoğlu Mənsimov İstanbulda keçirilmiş ABU DHABI GRAND SLAM JIU-JITSU WORLD TOUR 2024-2025 – ISTANBUL – MASTERS – Abu Dhabi Jiu-Jitsu Pro (AJP) nüfuzlu beynəlxalq turnirinin qalibi olub. 

Gununsesi.info bildirir ki, JIU-JITSU idman növünün Gi versiyası üzrə açıq Türkiyə çempionatında və No-Gi versiyası üzrə açıq Avropa çempionatında çıxış edən kiçik Mübariz Mənsimov 13 yaş kateqoriyasında ustalığını nümayiş etdirib.

O, Braziliya JIU-JITSU idman növünun No Gi versiyası üzrə yarışlarda ən ali pilləyə yüksəlib. İki döyüşdə iki qələbə qazanaraq qızıl medala layiq görülən Mübariz, beləliklə də, adını peşəkar döyüşçülər sırasına yazdırıb.

Uğurları bol olsun! Həmişə zirvələrdə!

Gununsesi.info