Rusiya bankları yuanla əməliyyatlar üçün komissiyaları artırır

“Rusiya bankları Moskva birjasına qarşı sanksiyalar fonunda yuanla əməliyyatlar üçün komissiyaları artırır”.

Gununsesi.info Rus mediasına istinadən xəbər veirir ki, ekspertlər bunu risklərin və tranzaksiya xərclərinin artması ilə əlaqələndirirlər.

Onlar Rusiya-Çin ödənişlərində problemlərin ötən ilin sonunda başladığını xatırladırlar.

Həmçinin Rusiyada əvvəllər mövcud olan, lakin indi güclənən yuan qıtlığına işarə edirlər.

Bildirilir ki, Rusiya bankları Qərbin sanksiyaları fonunda Çin yuanı ilə əməliyyatlar üçün komissiyaları artırır.

Qeyd edilr ki, Raiffeisenbank bunu etmək qərarına gələn ilk olub.

Avqustun 1-dən etibarən Raiffeisen Investments broker hesabında yuan almaq üçün komissiyanı 6 dəfə, 0,3%-dən 1,9%-ə qədər artıracaq.

Çin valyutasının satışı üçün komissiya eyni qalacaq – 0,3%. Avqustun 8-dən BCS Bank İnternet bank və filiallar vasitəsilə yuanla köçürmələr üçün komissiyanı artıracaq: tarif diapazonu 0,5-1,5-dən 0,7-2%-ə qədər artıb, xüsusi tarif köçürmə məbləğindən asılıdır.

T-Bank, Qazprombank və PSB müştərilər üçün belə məhdudiyyətlər tətbiq etməyi planlaşdırmadıqlarını bildiriblər.

 

 

İlhamə

Gununsesi.info