Almaniya ölkədəki suriyalıları geri qaytaracaq - ARTIQ SURİYADA HƏYAT ÜÇÜN TƏHLÜKƏ YOXDUR

  • By admin
  • 25 İyul 2024 14:31

Almaniya hökuməti bu ölkəyə sığınan və qaçqınlıq statusu alan suriyalıları geri göndərir.

Gununsesi.info-nun xəbərinə görə, Almaniya məhkəməsi miqrasiya işi ilə bağlı xüsusi qərar qəbul edib.

Həmin qərara görə, hazırda Suriyadakı bütün mülki şəxslər üçün ümumi təhlükə yoxdur.

Almaniyanın ən sıx məskunlaşdığı Şimali Reyn-Vestfaliya əyalətinin yüksək inzibati məhkəməsinin qərarı artıq elan edilib.

Ədliyyə naziri Marco Buschmann  deyib ki, bu, başa düşə biləcəyimiz bir qərardır.
Sığınacaq axtaranları dəstəkləyən bir Alman qrupu bu qərarı tənqid edib.
Almaniya, ölkədə 13 ildir davam edən vətəndaş müharibəsindən qaçan suriyalılar üçün əsas yer olub. Son illər miqrantlara münasibət sərtləşib.
Keçən ay kansler Olaf Şolz Əfqanıstan və Suriyadan cinayətkarların deportasiyasını bərpa edəcəyinə söz vermişdi, baxmayaraq ki, bunun necə baş verəcəyi bəlli deyil.

 

Onu da qeyd edək ki, ölkəsinin dəhşətlərindən qaçan bəzi müsəlmanlar getdikləri Avropa ölkələrində təxribatlar törədir. İslam dinini tənqid edən qruplara qarşı hücumlar təşkil edir. Bu isə multikultral cəmiyyətlərə sahib olan Avropa ölkələrində ciddi problemlərə səbəb olur.

 

Afət Abbasova

Gununsesi.info