Harris Wall Street dəstəyini itirmək riski ilə üzləşir

Getdikcə artan Wall Street maliyyəçiləri ABŞ Demokratik Partiyasına dəstəyindən əl çəkməyi və Respublikaçı Donald Trampın tərəfini tutmağı düşünür.

Gununsesi.info xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden namizədliyini geri götürdükdən və vitse-prezident Kəmalə Harrisi Ağ Evin rəhbəri postuna namizəd kimi dəstəklədikdən sonra iri maliyyəçilərin bu partiyaya münasibəti fərqli olmağa başlayıb. Trampın seçkidə qalib gələcəyi təqdirdə C.D.Vensi vitse-prezident təyin edəcəyinə söz verməsi də burada rol oynayıb.

FT-nin həmsöhbətlərindən biri deyib ki, “əsl amerikalılar” böyük biznes, beynəlxalq ticarət, Wall Street və immiqrasiyadan zərər görür. O, daha sərt antiinhisar siyasətini tələb edir.

 

 

 

İlhamə

Gununsesi.info