Lənkəranda evdə qadın meyiti tapılıb

  • By ilhame
  • 24 İyun 2024 15:11

Lənkəran rayonunda evdə yaşlı qadın meyiti tapılıb.

 

Gununsesi.info-nun məlumatına görə Lənkəran şəhəri Balaməmməd küçəsi, 4 saylı binanın sakinləri tərəfindən polis şöbəsinə mənzildən kəskin qoxu əlməsi ilə bağlı məlumat daxil olub.

 

Evə baxış zamanı 68 yaşlı ev sakini Şərqiyyə Rəhim qızı Rəhimovanımn meyiti aşkar olunub.

 

Meyit aidiyyəti üzrə təhvil verilib. İlkin məlumata görə qadın 4 gün əvvəl ölüb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info