Gürcüstanda əlil arvadını öldürən kişi 18 il həbs cəzasına məhkum edilib

  • By ilhame
  • 07 İyun 2024 22:31

Gürcüstanın qərbində yerləşən Quriya vilayətinin Ozurqeti rayon məhkəməsi əlil həyat yoldaşını qətlə yetirən kişini 18 il müddətinə azadlıqdan məhrum edib.

 

Gununsesi.info Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun məlumatında deyilir.

 

Məlumata görə, məhkəmə kişini ailə üzvünü – məhdud fiziki imkanlı həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilib.

 

Məhkəmə prosesində ittiham tərəfi sübut edə bilib ki, kişi 2023-cü il noyabrın 17-də sərxoş vəziyyətdə Ureki kəndində arvadını öldürüb.

Gununsesi.info