
Hollandiyanın keçmiş baş naziri Mark Rutte bu vəzifəni rekord 10 il ərzində tutan norveçli Yens Stoltenberqi əvəz edərək NATO-nun 14-cü Baş katibi oldu.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, təhvil-təslim mərasimi NATO-nun mənzil-qərargahında Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub.
Səlahiyyətlərini təhvil verən Stoltenberq vurğulayıb ki, 2014-cü ildə alyansa qoşulanda NATO “Ukraynaya yalnız kiçik dəstək verirdi, lakin indi bu dəstək kütləvidir və koordinasiya üçün NATO-nun xüsusi qərargahı yaradılıb”.
Gununsesi.info