
Fazil Qasımovun həbsxanada 100 dündən artıqdır ki, aclıq etdiyi bildirilir.
Qeyd edək ki, tanınmış iqtisadçı alim Qubad İbadoğluna qarşı cinayət işində əsas şəxslərdən biri kimi cəlb olunan Fazil Qasımov istintaqın ilk dövrlərdə onun əleyhinə ifadə versə də sonradan bundan imtina edib.
O, həbsinin qanunsuz olduğunu iddia edərək aclıq aksiyasına başlamışdı.
Məsələ ilə bağlı Gununsesi.info-nun sorğusuna cavab verən Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbərindən bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müalicə müəssisəsində saxlanılan Fazil Qasımovun səhhəti aclığın ilk günündən tibbi nəzarətə götürülüb:
“Gündəlik olaraq orqanizmin fizioloji göstəriciləri yoxlanılır. Aclığın yarada biləcəyi fəsadlar barədə dəfələrlə onunla maarifləndirici söhbətlər aparılıb. Hazırda Fazil Qasımovun səhhəti stabildir, daim həkim nəzarəti təmin edilir, fiziki cəhətdən kənar şəxsin yardımına ehtiyacı yoxdur, təcili tibbi yardım tələb edən hal müşahidə edilmir. Maarifləndirci tədbirlər davam etdirilir”– deyə bildirilib.
Şəbnəm
Gununsesi.info