Rusiya Azərbaycana nota verdi

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə Bakıda saxlanılan rusiyalı jurnalistlərin dərhal azad edilməsi tələbi ilə şifahi nota təqdim edilib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdə səfirə Bakının “son qeyri-dost hərəkətləri ilə bağlı etiraz təqdim olunub”.

 

 

Gununsesi.info