Norveçdə avtobus xəndəyə yuvarlanıb: - 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Norveçdə sərnişin avtobusunun xəndəyə yuvarlanması nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, hadisə Norveçin şimal-qərb sahillərindəki Hadsel bölgəsində baş verib.

Avtobusda 58 nəfərin olduğunu bildirən səlahiyyətlilər, avtobusun yoldan çıxaraq Asvatnet gölünə düşdüyünü bildirib. Üç nəfər helikopterlə Stokmarknes xəstəxanasına, digər sərnişinlər isə yaxınlıqdakı məktəbə aparılıb.

Bildirilib ki, avtobus Narvik şəhərindən Lofoten arxipelaqına gedib.

Orxan Saffari

Gununsesi.info