Qubada qəzada yaralananların son vəziyyəti AÇIQLANDI

Quba rayonun Tüləkəran kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.

Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, noyabrın 10-da saat 02:10-da Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tüləkəran kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə çağırış qeydə alınıb.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyentlərə döş qəfəsinin küt travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi və sıyrılması, həmçinin qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi diaqnozları təyin edilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir”, – deyə məlumatda vurğulanıb.

Gununsesi.info