Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 10-da Danimarkaya səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Danimarka hökuməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ukraynaya hərbi dəstək və Avropanın təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Görüşdə Şimali Avropa ölkələrinin dövlət və hökumət başçılarının da iştirakı gözlənilir.
Danışıqların əsas mövzularından biri Ukraynanın hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyacı və ölkənin enerji sektorunun qorunması olacaq.












