Amerika İvanişviliyə maliyyə sanksiyaları tətbiq edib

  • By Günel
  • 27 Dekabr 2024 20:54

ABŞ Gürcüstanın hakim partiyası olan “Gürcü Arzusu”nun qurucusu, keçmiş baş nazir Bidzina İvanişviliyə maliyyə sanksiyaları tətbiq edib. Qərar ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.

Gununsesi.info xəbər verir ki, bundan əvvəl İvanişviliyə sanksiyaların tətbiqi ilə bağlı məlumatı FOX News jurnalisti Nana Sadcaya yaymışdı.

“Gürcü Arzusu” partiyasının liderləri deyirdilər ki, İvanişvili “Qlobal Müharibə Partiyası”nın təsiri altında olan amerikalı siyasətçilər və bürokratlarla görüşdən maliyyə şantajı səbəbilə yayınır.

Gununsesi.info