
“Flydubay” yanvarın 3-nə kimi Rusiyanın Soçi və Mineralnıy Vod şəhərlərinə uçuşları ləğv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “TASS”a aviaşirkətin nümayəndəsi məlumat verib.
Müvafiq qərar əməliyyat səbəbi ilə qəbul edilib.
“Dubay Beynəlxalq Hava Limanından Mineralnıy Vod Hava Limanına reyslər 3 yanvar 2025-ci il tarixinədək ləğv edilib. Soçi Hava Limanına uçuşlar isə 2 yanvar 2025-ci il tarixinədək həyata keçirilməyəcək”, – deyə açıqlamada vurğulanıb.
“Flydubay” sərnişinlərə ləğv edilmiş reyslərin yenidən bron edilməsi və ya pulun qaytarılması variantları ilə bağlı məlumat almaq üçün aviaşirkətin əlaqə mərkəzinə müraciət etməyi məsləhət görüb.