
Cəlilabadda həkim xəstəni döyüb.
Gununsesi.info xəbər verir ki, hadisə Cəlilabad rayon mərkəzi Xəstəxanasında baş verib.
Rayonun Uzuntəpə kənd sakini 1966-cı il təvəllüdlü Füzuli İmanov, 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün xəstəxanaya aparıb.
Nəvələrdən birinin səhhəti ağırlaşdığını görən baba, Davud adlı həkimdən kömək istəyib. Lakin bu zaman o, həkimin müqavimətilə üzələşib. Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan xaric olunduğunu deyib.
Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib. Hadisənin kadrları təhlükəsizlik kameralarına da düşüb.
Fakt araşdırılır.