
Xəbər verdiyimiz kimi, ABŞ Gürcüstanın sabiq Baş naziri, “Gürcü Arzusu”nun fəxri sədri, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu qərarı pisləyib.
“Xüsusi heçnə yoxdur. Bu, sadəcə olaraq, ölkəmizin milli maraqlarının qorunmasına görə verilən “mükafatdır”, – Baş nazir deyib.
Gürcüstan hökumətinin başçısı onu da əlavə edib ki, İvanişvili uzun müddətdir ki, sanksiyalarla şantaj edilib.
Gununsesi.info