Ucarda qəza baş verib, xəsarət alanlar var - FOTOLAR

  • By Günel
  • 27 Dekabr 2024 23:40

Ucarda avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun rayonun Qazyan kəndindən keçən hissəsində baş verib.

“Toyota” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındaki qaz xəttinin üzərinə aşıb.

Nəticədə Zərdab rayon sakinləri, 1993-cü il təvəllüdlü Ramin Ayaz oğlu Bədirxanlı və 1995- ci il təvəllüdlü İsa Akif oğlu Səhrablı ağır xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.