Daha iki tiktoker həbs edildi - FOTO

  • By Günel
  • 28 Dekabr 2024 00:28

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan Duanna ləqəbli tiktoker xanım Duanna Quliyeva və Tosu ləqəbli Tiktoker Məhərrəm Həsənov da həbs ediliblər.

Gununsesi.info Bakues.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barələrində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

8fe344e9 7f20 4fe0 86c9 3491c93b5063

Gununsesi.info