
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Atakişili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BAЗ” markalı minik avtomobili və “Ford” markalı yük avtomobili toqquşub, 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
10:38
Bakı-Qazax əsas magistral yolunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə magistral yolun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ – 2107” markalı avtomobil “Ford” markalı mikroavtobusa çırpılıb.
Qəzada minik avtomobilinin sürücüsü İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Samir Hüseynli hadisə yerində dünyasını dəyişib. Qardaşı, 2009-cu il təvəllüdlü Eynulla Hüseynli müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.